Sizin də saçlarınız qırılır? – Səbəb daxildən qaynaqlanır

Hazırda oxunan: Sizin də saçlarınız qırılır? – Səbəb daxildən qaynaqlanır

626921

Saçların davamlı olaraq qırılmasının əsas səbəbi xarici təsirlər deyil, orqanizmin daxili vəziyyətidir, məsələn, dəmir defisiti və ya D vitamini çatışmazlığıdır.

Bizim.Media xəbər verir ki, bu barədə "NEWS.ru" saytına trixoloq İnna Petrosova bildirib.
 

Onun sözlərinə görə, saç telinin strukturunun pozulması müstəqil bir diaqnoz deyil, sadəcə saçın qoruyucu təbəqəsinin zədələndiyini, bu səbəbdən nəm və elastikliyini itirdiyini göstərən bir simptomdur.


"Saç qırılması diaqnoz deyil, simptomdur. Saçlar qoruyucu təbəqə zədələndikdə qırılır. Belə vəziyyətdə saçlar nəm və elastikliyini itirir. Bunun adətən iki səbəbi olur. Birincisi — xarici səbəbdir. Bura saçın boyanması və xüsusilə rənginin açılması, yüksək temperaturda fen və ya ütü ilə düzləşdirilməsi, sərt su, istilik sistemlərinin quru havası və günəş aiddir. Saçları uzun müddət yaş saxlamaq və ya nəm saçla yatmaq vərdişi də bura daxildir. İkinci səbəb isə daxilidir.

Saç orqanizmin vəziyyətinə qarşı çox həssasdır: dəmir defisiti, D vitamini, sink, zülal çatışmazlığı, qalxanabənzər vəzi (zob) problemləri, hormonal dəyişikliklər və ağır pəhrizlər. Bütün bunlar saçın keyfiyyətinə təsir edir", — deyə Petrosova bildirib.
 

O əlavə edib ki, saçlara qarşı zərif davranmaq, yatmazdan əvvəl qurumasına imkan vermək, yaş ikən onları zədələməmək, cihazların temperaturunu azaltmaq, termomüdafiə vasitələrindən istifadə etmək və saç rəngini ağartmaqdan (açmaqdan) çox istifadə etməmək vacibdir.


Trixoloqun sözlərinə görə, əgər saç qırılması aylarla davam edirsə, heç bir qulluq vasitəsi bunun qarşısını ala bilməz — orqanizmdə dəmirin, D vitamininin səviyyəsini və qalxanabənzər vəzini yoxlatmaq lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin