Ukraynada azərbaycanəsilli Timur Tkaçenko (Məmmədov) Kiyev vilayətinə rəhbər təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı daimi nümayəndəsi Taras Melniçuk məlumat verib.
Belə ki, Ukrayna Nazirlər Kabineti Timur Tkaçenkonun Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsindən sonra onun yeni vəzifəyə təyin edilməsini təsdiqləyib.
T. Tkaçenko Ukraynada Azərbaycan diasporunun fəallarından olmuş Firudin Məmmədovun oğludur.
Qeyd edək ki, 1989-cu il avqustun 18-də Kiyevdə anadan olan T.Tkaçenko bundan əvvəl Strateji Sənayelər Nazirliyində nazir müavini vəzifəsini tutub, daha sonra Kiyev Şəhər Hərbi Administrasiyasına rəhbərlik edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:41 / 23.07.2026
Azərbaycanəsilli şəxs Ukrayna yüksək vəzifəyə TƏYİN OLUNDU
Hazırda oxunan: Azərbaycanəsilli şəxs Ukrayna yüksək vəzifəyə TƏYİN OLUNDU
Hazırda oxunan: Azərbaycanəsilli şəxs Ukrayna yüksək vəzifəyə TƏYİN OLUNDU
626950
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































