Autizmli uşağı avtobusdan düşürən sürücü ilə bağlı “BakuBus”dan AÇIQLAMA

Hazırda oxunan: Autizmli uşağı avtobusdan düşürən sürücü ilə bağlı “BakuBus”dan AÇIQLAMA

627005

Xəbər verdiyimiz kimi, Bakıda 211 nömrəli sərnişin avtobusunda qadın sərnişinlə sürücü arasında mübahisə yaşanıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə qadının uşağına məxsus skuteri avtobusla aparmaq istədiyi, sürücünün isə buna icazə vermədiyi görünür.

Bizim.Media xəbər verir ki, “Baku Bus” MMC-dən “trend.az”ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılıb və hadisə zamanı avtobus sürücüsü tərəfindən uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib.

Qeyd olunub ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm × 40 sm × 20 sm-dək, çəkisi 20 kiloqramdan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını ödənişsiz daşımaq hüququna malikdir.

Bildirilib ki, hadisə zamanı sürücü tərəfindən qaydaların tətbiqində anlaşılmazlıq yaranıb. Bununla əlaqədar sərnişindən, xüsusilə də onun azyaşlı övladından üzr istənilib.

“Baku Bus” əlavə edib ki, hadisə ilə bağlı sürücü barəsində müvafiq intizam tədbiri görüləcək, eyni zamanda analoji halların təkrarlanmaması məqsədilə bütün sürücülər üçün mövcud qaydalar üzrə əlavə təlimatlandırma aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin