Elzar Ağayev yüksək vəzifəyə təyin olundu – ÖZƏL

Hazırda oxunan: Elzar Ağayev yüksək vəzifəyə təyin olundu – ÖZƏL

626887

Elzar Ağayev Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri vəzifəsinə təyin edilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.

O, Agentliyin sədri Hasil Abbasov tərəfindən kollektivə təqdim edilib.

Qeyd edək ki, Elzar Ağayev jurnalistika sahəsində 23 ildən artıq təcrübəyə sahibdir. O, 20 ildən artıq Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrinin, əsasən də “AzTV”nin Yaxın Şərq, Ərəb ölkələri, Rusiya Federasiyası və bir sıra Avropa ölkərində nümayəndəsi kimi fəaliyyət göstərib.
 

Elzar Ağayev son illərdə Belçikanın Brüssel şəhərində “AzTV”nin Avropa bürosunun rəhbəri vəzifəsində çalışıb.


İngilis, rus, fransız və ərəb dillərini bilir.

Ailəlidir. 3 qız övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin