Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi – VİDEO

Hazırda oxunan: Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi – VİDEO

626934

Ölü doğulan uşağının “Vital Klinika”nın zirzəmisinə atıldığını iddia edən kişi danışıb.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, ata-Abdulla Kərimov hadisənin detalları haqda məlumat verib.

Həkim-ginekoloq Çinarə Gülməmmədova ana-Fərqanə Kərimovanı yalnız ayın 17-si əməliyyat günü “Vital Klinika”da gördüyünü bildirsə də, A. Kərimov onun bu sözlərini təkzib edib.

Bildirib ki, “Vital Klinika”da həqiqətən ilk dəfə doğuş günü olublar, lakin həmin həkim xanımını yanvar ayından bəri Nəsrəddin Tusi adına klinikada müayinə edib.

Kişi bununla bağlı yazışma və müayinə kağızlarını da göstərib.

Qeyd edək ki, hazırda bütün fakt və təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin