Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? - VİDEO

Hazırda oxunan: Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? - VİDEO

626929

Yay mövsümü ilə əlaqədar dənizkənarı istirahət məkanlarına axın artıb. Ancaq bəzi vətəndaşlar sahilə çıxışla bağlı məhdudiyyətlərlə üzləşdiklərini iddia edirlər.

Şüvəlanda çəkilən görüntülər də belə iddialardan birini gündəmə gətirib. Vətəndaş bildirir ki, dənizə keçmək istəyərkən ona ödənişli xidmətdən istifadə etməsi təklif olunub. Obyekt isə bildirir ki, məhdudiyyət sahilə yox, avtomobillə hərəkətə aiddir. Bəs qanun bu məsələ ilə bağlı nə deyir?

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, sözügedən görüntülər Şüvəlan qəsəbəsində, dəniz kənarında fəaliyət göstərən "Yelkən" İstirahət mərkəzində qeydə alınıb.

Kadrlarda giriş hissəsinin şlaqbaum və maneələrlə bağlandığı, çimərlik istiqamətində isə avtomobillərin park edildiyi görünür.

Şikayətçi Cavid Kolupayev iddia edir ki, nəqliyyat vasitələri əraziyə buraxıldığı halda, özü avtomobili ilə sahilə yaxınlaşmaq istəyərkən keçidə icazə verilməyib.
 

Şikayətçi bunun təkcə bir obyektə aid olmadığını da iddia edir. Onun sözlərinə görə, eyni ərazidə fəaliyyət göstərən digər istirahət məkanlarında da oxşar qaydalar tətbiq olunur.


Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyi öyrənilib. Obyektin administratoru Kamal Hacıyev iddiaları qəbul etməyib. Bildirdi ki, söhbət vətəndaşların sahilə girişinin yox, çimərlik ərazisində insanların təhlükəsizliyini təmin etmək üçün avtomobillərin hərəkətinin məhdudlaşdırılmasından gedir. Avtomobilin içəri girməsinə yox, sahilə tərəf hərəkət etməsinə icazə verilməyib.

Qeyd edək ki, Torpaq Məcəlləsinin 46-cı maddəsində Xəzər dənizinin sahilboyu zolağında vətəndaşların dənizə gediş-gəlişinin məhdudlaşdırıla bilməyəcəyi göstərilir.

Belə məhdudiyyət yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik maraqları ilə bağlı müvafiq qərar qəbul edildiyi hallarda tətbiq oluna bilər. Hüquqşünasların sözlərinə görə, obyektlər təhlükəsizlik məqsədilə avtomobillərin hərəkətini tənzimləyə bilsələr də, bu, vətəndaşların dəniz sahilinə çıxış hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin