Argentina Futbol Assosiasiyası (AFA) prezidenti Klaudio Tapianın ABŞ-da saxlanılması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə AFA rəsmi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, bəzi KİV-lərdə AFA prezidenti Klaudio Tapia və təşkilatın xəzinədarı Pablo Toviqqinonun ABŞ məhkəməsinə ifadə vermək üçün çağırıldığı barədə yayılan məlumatlar "tamamilə həqiqətə uyğun deyil".
Assosiasiya rəhbər şəxslərin mobil telefonları və digər elektron cihazlarının müsadirə edilməsi barədə iddiaları da təkzib edib.
Daha əvvəl Argentinanın bir sıra media orqanları Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşlarının Klaudio Tapianı Argentina milli komandasının Nyu-Yorkdan çarter reysi ilə uçuşu ərəfəsində saxladığını və elektron cihazlarını götürdüyünü yazmışdı. Lakin AFA bildirib ki, məhkəmə çağırışı Tapia və ya Toviqqinoya deyil, adı açıqlanmayan üçüncü şəxsə göndərilib.
Qeyd olunub ki, həmin şəxs böyük münsiflər heyəti qarşısında ifadə verməli və zərurət yaranarsa, AFA nümayəndələrinin adlarının keçdiyi sənədləri və yazışmaları təqdim etməlidir.
Argentinanın Infobae nəşrinin məlumatına görə, ABŞ hakimiyyəti AFA ilə əlaqəli dəyəri 300 milyon dollardan çox olan kommersiya müqavilələrini araşdırmağa davam edir. Bildirilir ki, yoxlama ötən ilin dekabrında çirkli pulların yuyulması işi üzrə keçirilən axtarışlardan sonra başladılan genişmiqyaslı maliyyə araşdırmasının tərkib hissəsidir.
Bizim.Media

- A-
- A
- A+
İdman
09:55 / 23.07.2026
Argentina Futbol Assosiasiyası prezidentinin ABŞ-da saxlanılması xəbəri YALAN ÇIXDI
Hazırda oxunan: Argentina Futbol Assosiasiyası prezidentinin ABŞ-da saxlanılması xəbəri YALAN ÇIXDI
Hazırda oxunan: Argentina Futbol Assosiasiyası prezidentinin ABŞ-da saxlanılması xəbəri YALAN ÇIXDI
626969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































