Sarıcalıdan sonra Ağdamın daha bir kəndində YANĞIN

Hazırda oxunan: Sarıcalıdan sonra Ağdamın daha bir kəndində YANĞIN

626953

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat-söndürmə tədbirləri davam etdirilir.

Xatırladaq ki, Ağdam rayonunun Sarıcalı kəndində də açıq ərazidə yanğın baş verib. Yanğın  Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin