Hörmüz boğazında üç tankerdən biri mina partlayışı nəticəsində zədələnərək yanmağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, tankerlər boğazın minalandığı iddia edilən cənub marşrutu ilə hərəkət etməyə cəhd göstəriblər. Nəticədə onlardan biri partlayaraq alovlanıb.
Press TV telekanalının SEPAH-a istinadən yaydığı məlumata görə, partlayış və yanğından sonra digər iki tanker dərhal istiqamətini dəyişərək ərazidən uzaqlaşıb.
SEPAH bəyan edib ki, Hörmüz boğazına nəzarəti tam şəkildə əlində saxlayır və ABŞ regionda hərbi əməliyyatlarını davam etdirdiyi müddətdə boğaz bağlı qalacaq.
SEPAH, həmçinin xəbərdarlıq edib ki, İran tərəfi ilə razılaşdırılmadan Hörmüz boğazından keçməyə cəhd göstərən istənilən gəmini eyni aqibət gözləyir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:58 / 23.07.2026
Hörmüz boğazında tanker partladı - VİDEO
Hazırda oxunan: Hörmüz boğazında tanker partladı - VİDEO
Hazırda oxunan: Hörmüz boğazında tanker partladı - VİDEO
626988
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































