Dahi şairin qatili imperatorun dostu olmağı necə bacardı? – Puşkinin qanı üzərindən YÜKSƏLƏN KARYERA

Hazırda oxunan: Dahi şairin qatili imperatorun dostu olmağı necə bacardı? – Puşkinin qanı üzərindən YÜKSƏLƏN KARYERA

619419

Hər dəfə Aleksey Puşkin haqqında söz düşəndə ruslar deyir ki, ədəbiyyat tarixində iki əsas cani var. Biri ədəbi, digəri isə çox realdır. Məsələn Salieri ən azı vicdan əzabı çəkərək öldüsə, Puşkinin qatili Jorj Dantes heç bir fiziki və mənəvi əziyyət çəkməyib. Əksinə iki əsrdir ki, onu cilalanmış, yaraşıqlı bir fransız və təsadüfən bir dahini öldürən şəxs kimi xatırlayırlar.

Bəs reallıq necədir?

Dantesin şəxsiyyətini qoruyan ən sirrli məqam onun Hollandiya elçisi Baron Lui Hekeren ilə olan yaxın münasibəti olub. Qeyd edək ki, 1836-cı ildə heç vaxt evlənməmiş 42 yaşlı holland diplomat 24 yaşlı zabit olan Dantesi övladlığa götürür. Baxmayaraq ki, Jorjun bioloji atasının sağ-salamat idi.
 

Əslində Dantesin övladlığa götürülməsi Fransa qanununun üç maddəsini pozaraq həyata keçirilmişdi. Amma Hekeren Dantesə ehtiyacı olduğu qədər yaxın idi.


Bu qalmaqallı birlik gənc macəraçıya təkcə ailə adı deyil, həm də yüksək elitaya, pula və geniş əlaqələrə çıxış imkanı verirdi. Yaraşıqlı zabitə aşiq olanların isə sarayda sayı-hesabı isə yox idi.

Dantes öz statusundan daha çox qadınlara qarşı istifadə edirdi. Onu tez-tez müxtəlif qadınlarla fərqli ünvanlarda görürdülər. Çox qəribədir ki, Dantesin pozğun həyatını ilk ifşa edən də Aleksandr Puşkin olub.

Şair gündəliyində bu barədə yazırdı:

"Dantesin Sodomda əyləndiyini ilk öyrənən mən idim və bu xəbəri məmnuniyyətlə ictimaiyyətə açıqladım. Mən bu faktı onun tez-tez getdiyi fahişəxanadakı fahişələrdən öyrəndim...”

Beləcə şair özü də bilmədən fransızın pozğun münasibətinə işıq salmaqla, onu məhv etmək istəyənlərin əlinə fürsət verdi. Və Puşkini ölümə aparan yol bu informasiyanın yayılması ilə başladı.

1837-ci ildə sarayda yaraşıqlı fransızın Puşkinin arvadı ilə münasibətinə dair söhbətlər gəzməyə başladı. Dantes bu söz-söhbətlərdən qurtulmaq üçün şairin arvadı Natalinin böyük bacısı Yekaterina Qonçarovaya evlilik təklifi etdi. Lakin rus elitası bu izdivacın həqiqiliyinə inanmadı. Çünki Yekaterina üzdən gözəl olmaması ilə yanaşı, qüsurlu bədən quruluşuna malik idi.

Tarixçilər yazır ki, bu izdivacda Dantesin əsl hədəfi rəsmi olaraq Puşkinin qayını olaraq Qonçarovun evində qalmaq və Natali ilə eşq macərasını davam etdirmək idi.

Lakin qısa zamanda şəhərdə "çirkin bacı" ilə evliliyin sadəcə Sankt-Peterburqun aparıcı gözəli ilə münasibət üçün bir pərdə olduğu barədə şayiələr yayılmağa başladı. Bu söz-söhbətlər təbii ki, Puşkinin də qulağına çatırdı. Belə söhbətlərin yayılması sevilən şairin reputasiyası üçün rüsvayçı hadisə idi.

Bu biabırçılığa son qoymaq üçün Puşkin Dantesi duelə çağırdı. Duel 27 yanvar 1837-ci ildə Sankt-Peterburqun kənarında, Komendantskaya Daçasının yaxınlığındakı Qara çayın yaxınlığında baş verdi. Puşkin ölümcül yaralandı və iki gün sonra dünyaya gözlərini əbədi yumdu.

Qatilin xoşbəxt qocalığı

Dueldən dərhal sonra Dantes baron titulundan uzaqlaşdırıldı və sürgünə göndərildi. Müharibə qanunlarına görə isə o, ölüm cəzasına layiq görüldü. Lakin atalığının yardımı ilə ölümdən qurtuldu, təcili olaraq Rusiyadan qaçdı.
 

Fransaya qayıdan Dantes parlaq siyasi karyera yaşadı. O, Baş Şuranın üzvü, millət vəkili, doğma şəhərinin meri və İmperator III Napoleonun yaxın dostu oldu. Hətta 27 yanvar 1852-ci ildə o, İkinci İmperiyanın ömürlük senatoru təyin edildi və bu vəzifəni 1870-ci ilə qədər özündə saxladı.


Bundan əlavə, dahi şairin qatilinin sonradan - Fransada yaşadığı müddətdə Rusiyaya casusluq etdiyi üzə çıxdı. 1880-ci illərə qədər o, Sankt-Peterburqa dəyərli məlumatlar ötürürdü. O, ömrünün son illərini ailə qəsrində, övladları və nəvələri ilə keçirdi və 83 yaşında vəfat etdi.

Maraqlıdır ki, Dantes Puşkinin ölümünə görə heç zaman özünü günahkar hesab etmirdi. Əksinə bu hadisənin onun karyera yüksəlişi üçün bir tramplin olduğunu öyünə-öyünə  danışırdı. Dantesin nəvəsi Lui Metman yazırdı ki, "Babam taleyindən olduqca məmnun idi... və tez-tez parlaq siyasi karyerasını yalnız duel səbəbindən Rusiyadan məcburi şəkildə getməsinə borclu olduğunu deyirdi."

Beləcə "rus poeziyasının günəşi" bir qatilin xoşbəxt yaşaya bilməsi üçün söndü...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin