ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkətinin bərpa olunduğunu elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" sosial şəbəkəsində bildirib.
"Gəmilər hərəkətə başlayır, onların bir çoxu neftlə yüklənmiş vəziyyətdə Hörmüz boğazından çıxır", - ABŞ Prezidenti yazıb.
O qeyd edib ki, gəmilər tam təhlükəsiz və etibarlı cənub dəniz marşrutu ilə hərəkət edir.
ABŞ lideri həmçinin əlavə edib ki, gəmiçilik üçün digər marşrutlar da mövcuddur.
Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir davam edən danışıqlardan sonra razılaşma əldə olunub. Yekun saziş iyunun 19-da İsveçrədə imzalanacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 12-dən etibarən Hörmüz boğazına daxil olan və ya oradan çıxan istənilən gəminin blokadaya alınması prosesinin başladığını elan etmişdi.

Bizim.Media






































































































