Ən ucuzu beş min, ən bahalısı yarım milyon manata... – VİDEO

Hazırda oxunan: Ən ucuzu beş min, ən bahalısı yarım milyon manata... – VİDEO

619382

Ən ucuzu beş min, ən bahalısı isə yarım milyon manata qədərdir.

Bizim.Media "Xəzər" TV-yə istinadən xəbər verir ki, söhbət yerləşdiyi əraziyə görə, çıxarışlı torpaq sahəsinin bir sotunun qiymətindən gedir.

Belə ki, Bakıda torpaq bazarında qiymətlər yenidən yüksəlib.

Xüsusilə yay mövsümünün yaxınlaşması və fərdi yaşayış evlərinin inşasına marağın artması bazarda canlanma yaradıb.
 

Əmlak məsələləri üzrə mütəxəssislər bildirirlər ki, hazırda ən çox tələb çıxarışlı torpaq sahələrinədir. Səbəb də ev tikildikdən sonra kommunal xətlərin çəkilməsində problemlə üzləşməmək istəyidir.


Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, qiymətə tikinti aparmaq üçün havanın əlverişli olması da təsir edir. Yəni hər il ənənəvi olaraq yaz-yay mövsümündə torpaq bazarına tələbat artır ki, bu da bəzi işbazların qiyməti yüksəltməsi ilə nəticələnir.

Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin