“İran Livandakı hadisələrə görə İsrailə hücum edərsə, Təl-Əviv buna sərt cavab verəcək”.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu fikirləri İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.
Nazirin sözlərinə görə, belə olan halda İsrail ordusu İrana qarşı "bütün gücü ilə" hərbi əməliyyat həyata keçirəcək.
"Əgər İran Livandakı hadisələrə görə İsrailə hücum etsə, İsrail ona bütün gücü ilə zərbə endirəcək və imkanlarımız arasındakı fərqi nümayiş etdirəcək", – deyə Kats bildirib.
İsrail Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Kats həmçinin İsrail ordusunun Livan, Suriya və Qəzza zolağında nəzarətdə saxladığı təhlükəsizlik zonalarında qeyri-müəyyən müddətə qalacağını vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir davam edən danışıqlardan sonra razılaşma əldə olunub. Yekun saziş iyunun 19-da İsveçrədə imzalanacaq.
Bizim.Media






































































































