"Hizbullah" İranı ABŞ ilə əldə olunan razılaşmaya görə TƏBRİK ETDİ

Hazırda oxunan: "Hizbullah" İranı ABŞ ilə əldə olunan razılaşmaya görə TƏBRİK ETDİ

619453

Bu gün “Hizbullah” yaydığı rəsmi bəyanatda İran rəhbərliyini və xalqını ABŞ ilə imzalanan Anlaşma Memorandumu münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb.

Təşkilatdan bildirilib ki, sözügedən razılaşma Livan da daxil olmaqla müxtəlif cəbhələrdə atəşkəsin əldə olunmasına şərait yaradıb.
 

“"Hizbullah" Livanın torpaqlarını, xalqını və suverenliyini müdafiə etmək hüququndan geri çəkilməyəcək”, - deyə bəyanatda qeyd olunub.


Təşkilat vurğulayıb ki, İsrail qüvvələri tam şəkildə geri çəkilənə və əsirlər azad olunana qədər “müqavimət hüququ” qüvvədə qalacaq.

“Hizbullah” eyni zamanda Livan hakimiyyətini mövcud vəziyyəti və İsraillə aparılan danışıqları nəzərə alaraq bütün siyasi və təhlükəsizlik hesablamalarını yenidən gözdən keçirməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin