“Sosial media məndə asılılıq yaradır” dedi, 6 milyon dollar təzminat aldı

Hazırda oxunan: “Sosial media məndə asılılıq yaradır” dedi, 6 milyon dollar təzminat aldı

619415

ABŞ-də sosial media və texnologiya şirkətlərinə qarşı açılan məhkəmə işləri platformaların uşaqlar və yeniyetmələr üzərindəki təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bir sıra məhkəmə proseslərində şirkətlərin istifadəçi təhlükəsizliyi, məlumatların toplanması və asılılıq yaradan alqoritmlərlə bağlı məsuliyyəti araşdırılır.

Bizim.Media CNN Türk-ə istinadla xəbər verir ki, Los-Ancelesdə 17 yaşlı yeniyetmə sosial media platformalarının onu “rəqəmsal asılı vəziyyətə saldığını” iddia edərək Meta və YouTube-a qarşı məhkəmə iddiası qaldırıb.

Üç il davam edən prosesdən sonra münsiflər heyəti şirkətlərin ümumilikdə 6 milyon dollar təzminat ödəməsinə qərar verib.

Bununla yanaşı, ABŞ üzrə 1000-dən çox məktəb Instagram, YouTube, Snapchat və TikTok-a qarşı kollektiv iddia qaldırıb. Təhsil müəssisələri platformaların uşaqlarda qəsdən asılılıq yaratdığını və bunun psixoloji problemlərə səbəb olduğunu bildirirlər. Məktəblər hesab edir ki, yaranan problemlər təhsil sisteminə əlavə maliyyə və resurs yükü gətirir.
 

Məhkəmə proseslərinin məktəblərin xeyrinə nəticələnəcəyi təqdirdə sosial media platformalarına giriş üçün yaş məhdudiyyətlərinin və istifadə qaydalarının ciddi şəkildə dəyişdirilə biləcəyi bildirilir.


Digər tərəfdən, Kaliforniya və Kolorado ştatlarının rəhbərliyi ilə 29 ştat Meta şirkətinə qarşı ayrıca iddia qaldırıb. Şirkət 13 yaşdan kiçik uşaqların müdafiəsini nəzərdə tutan federal qanunları pozmaqda ittiham olunur. İddianın təmin ediləcəyi halda Meta-nın azyaşlı istifadəçilərdən topladığı məlumatları və reklam məqsədilə istifadə olunan məlumat bazalarını silməli ola biləcəyi qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin