Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin

Hazırda oxunan: Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin

619400

Vergi ödəyicilərinin vergi orqanlarının qəbul etdiyi qərarlardan inzibati qaydada şikayət etməsi halları aktuallığını qoruyur. Son illərdə bu istiqamətdə prosedurların daha sadə və şəffaf həyata keçirilməsi üçün müxtəlif islahatlar aparılsa da, bəzi ödəyicilər müraciət prosesində müəyyən nöqsanlara yol verirlər.

Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, ən geniş yayılmış problemlərdən biri vergi bəyannamələrinin düzgün tərtib olunmaması və təqdim edilməməsidir.

Bəzi hallarda bəyannamələr natamam şəkildə göndərilir, bəzən isə ümumiyyətlə təqdim olunmur.

Belə vəziyyətlərdə vergi orqanları kameral yoxlama əsasında hesablamalar aparır və nəticədə vergi ödəyicisi üçün əlavə maliyyə öhdəlikləri formalaşır.

Digər mühüm məqam isə vergi orqanlarından daxil olan uyğunsuzluq bildirişlərinə vaxtında və əsaslandırılmış cavab verilməməsidir. Ekspertlər vurğulayırlar ki, belə məktub alındıqda ödəyici dəqiqləşdirilmiş bəyannamə təqdim etməli, həmçinin mövqeyini sübut edən izahat və sənədləri ətraflı şəkildə təqdim etməlidir.
 

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bəzi vergi ödəyiciləri dəqiqləşdirilmiş bəyannaməni təqdim etdikdən dərhal sonra araşdırmanın nəticəsini gözləmədən İnzibati Şikayətlərə Baxılması Baş İdarəsinə müraciət edirlər.


Bu cür addımlar isə prosesin gedişində müəyyən anlaşılmazlıqlara və əlavə sualların yaranmasına səbəb ola bilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin