Yaxın Şərqdə gərginlik səngidi, neft kəskin ucuzlaşdı – SON QİYMƏTLƏR

Hazırda oxunan: Yaxın Şərqdə gərginlik səngidi, neft kəskin ucuzlaşdı – SON QİYMƏTLƏR

619356

Yaxın Şərqdə gərginliyin azalması fonunda dünya bazarında enerji daşıyıcılarının qiyməti kəskin aşağı düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə beynəlxalq birja məlumatlarında əks olunub.
 

Məlumata görə, Londonun ICE birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin dəyəri əvvəlki sessiya ilə müqayisədə 4,03 dollar (və ya 4,61%) azalaraq bir barrel üçün 83,30 dollara enib.


Eyni zamanda, Nyu-Yorkun NYMEX birjasında WTI markalı yüngül neftin iyul fyuçerslərinin qiyməti də ucuzlaşıb.

Belə ki, bu markadan olan neftin bir barreli 4,32 dollar (və ya 5,09%) itirərək 80,56 dollara qədər geriləyib. Ekspertlər qiymətlərdəki bu enişi regionda hərbi-siyasi risklərin qismən azalması və tədarük zəncirinə dair narahatlıqların səngiməsi ilə əlaqələndirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin