Azərbaycan vasitəsilə Ermənistana 7 vaqon buğda göndərildi – VİDEO

Hazırda oxunan: Azərbaycan vasitəsilə Ermənistana 7 vaqon buğda göndərildi – VİDEO

619417

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon - 490 ton buğda göndərilib.

Bizim.Media xəbər verir ki, qatar bu gün Biləcəri stansiyasından yola salınıb.
 

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.


Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur.

İndiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin