Alimlərdən SENSASİON KƏŞF – Bir metr uzunluğu olan əqrəb aşkarlandı – FOTO

Hazırda oxunan: Alimlərdən SENSASİON KƏŞF – Bir metr uzunluğu olan əqrəb aşkarlandı – FOTO

619434

Alimlər Böyük Britaniyada tapılan 415 milyon illik fosillərin indiyədək məlum olan ən böyük əqrəb növünə aid olduğunu müəyyən ediblər.

Bizim.Media CNN Science-a istinadla xəbər verir ki, araşdırmaya görə, Praearcturus gigas adlandırılan bu nəhəng canlı təxminən 1 metr uzunluğunda olub və Yer üzündəki ilk iri yırtıcılardan biri sayılır.
 

Tədqiqatçılar bildirirlər ki, fosillər hələ XIX əsrdə aşkarlansa da, uzun illər onların hansı canlıya məxsus olduğu mübahisə mövzusu olub. Yeni analizlər nəticəsində qalıqların əslində nəhəng əqrəbə aid olduğu təsdiqlənib. Əvvəllər isə bu fosillərin qədim xərçəngkimilərdən birinə məxsus olduğu düşünülürdü.


Mütəxəssislərin hesablamalarına görə, Praearcturus gigasın qısqacları təxminən 16 santimetr uzunluğunda olub.

Bu ölçülər onu müasir əqrəblərdən dəfələrlə böyük edir. Müqayisə üçün qeyd edək ki, hazırda yaşayan ən iri əqrəblərin uzunluğu adətən 20–25 santimetrdən çox olmur.

Alimlərin fikrincə, nəhəng əqrəb Erkən Devon dövründə – təxminən 415 milyon il əvvəl, indiki İngiltərə və Uels ərazisində yaşayırdı. Həmin dövrdə quruda həyat yeni formalaşmağa başladığından iri yırtıcıların sayı az idi.

Bu da Praearcturus gigas-ın ekosistemdə üstün mövqe tutmasına şərait yaradıb.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf qədim dövrlərdə quruda yaşayan canlıların necə inkişaf etdiyinə dair təsəvvürləri dəyişə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin