Trampdan Makrona XƏBƏRDARLIQ – “Xahişimi yerinə yetirməsə...”

Hazırda oxunan: Trampdan Makrona XƏBƏRDARLIQ – “Xahişimi yerinə yetirməsə...”

619431

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər rəsmi Paris rəqəmsal vergi tətbiqindən imtina etməsə, Vaşinqton Fransa şərabı və şampanlarına 100% həcmində gömrük rüsumu tətbiq etməyə hazırdır.

Bizim.Media xəbər verir ki, Ağ Ev rəhbəri "The New York Post" qəzetinə müsahibəsində bu barədə danışıb.

Nəşrə verdiyi müsahibədə Tramp Fransa tərəfinə açıq ismarış yollayıb:

"Mən Fransa Prezidenti Emmanuel Makrondan ABŞ şirkətlərindən vergi tutmamasını xahiş etdim. Əgər onlar bunu etməyə davam etsələr, Fransadan gələn bütün şampan və şərab növlərinə 100 faizlik rüsum tətbiq etməkdən başqa seçimim qalmayacaq".
 

Qeyd edək ki, ABŞ liderinin bu sərt hədələri Fransanın Evian-le-Ben şəhərində keçiriləcək növbəti "G7" sammiti ərəfəsində səsləndirilib. Üstəlik, Trampın bu bəyanatı Makron administrasiyasının ötən həftə yaydığı rəsmi məlumatları da alt-üst edib.


Belə ki, Yelisey sarayı tərəflərin Amerika texnologiya şirkətlərinin vergitutma məsələsindəki fikir ayrılıqlarını artıq həll etdiyini iddia edirdi.

Xatırladaq ki, Fransa rəqəmsal xidmətlər vergisini hələ 2019-cu ildə qəbul edib. Bu qərar ilk növbədə "Amazon" kimi nəhəng ABŞ texnologiya korporasiyalarının Fransadakı yerli gəlirlərindən vergi tutulmasını nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin