“Belarus hər zaman müharibəyə hazırlaşır, lakin bunun məqsədinin müharibənin qarşısını almaqdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşündə deyib.
“Bəzən ön plana müdafiə və ya müharibə nazirlikləri çıxır, məsələn ABŞ-da olduğu kimi. Amma biz həmişə müharibə olmasın deyə ona hazırlaşırıq. Onlarda isə, sanki, müharibə nazirliyi hər gün döyüşmək üçündür. Allah göstərməsin”, – deyə Lukaşenko bildirib.
Belarus lideri xatırladıb ki, may ayında da ölkəsinin silahlı qüvvələrinin mümkün hərbi əməliyyatlara hazırlaşdığını açıqlamışdı.
Onun sözlərinə görə, Belarus münaqişədən yayınmağa çalışsa da, döyüş hazırlığının qorunması üçün orduda ayrı-ayrı bölmələrin nöqtəvi səfərbərliyi həyata keçiriləcək.
Aleksandr Lukaşenko həmçinin Ukraynadakı müharibənin davam etməsinin daha genişmiqyaslı qarşıdurmaya səbəb ola biləcəyindən narahat olduğunu bildirib. O hesab edir ki, həm Ukraynadakı, həm də Yaxın Şərqdəki münaqişələrin taleyi “cəmi bir neçə şəxsin iradəsindən” asılıdır.
Xatırladaq ki, Belarus prezidenti daha əvvəl də ölkəsinin təhlükəsizliyini təmin etmək üçün ordunun daim hazırlıq vəziyyətində saxlanılmasının vacibliyini vurğulamışdı.
Bizim.Media






































































































