Bacısını yatdığı yerdə güllələyib öldürdü, cəzadan azad edildi

Hazırda oxunan: Bacısını yatdığı yerdə güllələyib öldürdü, cəzadan azad edildi

619402

Sabirabadda bacısını güllələyib öldürən 1986-cı il təvəllüdlü Murtuz Məmmədov cəzadan azad edilib.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, bu barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsində qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə M.Məmmədovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi məlum olub və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.

İttihama görə, hadisə rayonun Qardaşkənd kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü M.Məmmədov ov silahı əldə edərək, səhər saatlarında bir evdə yaşadığı bacısı Ülviyyə Məmmədovanın yataq otağına gəlib.
 

O, otaqda yatmış vəziyyətdə olan bacısına boğaz nahiyəsindən iki dəfə atəş açaraq qətlə yetirib. M.Məmmədov daha sonra silahla birlikdə evdən qaçıb.


Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb və istintaqa təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin