Ermənistanda daşınmaz əmlak alan Azərbaycan və Türkiyə vətəndaşlarının SAYI AÇIQLANDI

Hazırda oxunan: Ermənistanda daşınmaz əmlak alan Azərbaycan və Türkiyə vətəndaşlarının SAYI AÇIQLANDI

619360

Ermənistanda Azərbaycan vətəndaşlarının adına qeydiyyata alınmış heç bir daşınmaz əmlak yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Kadastr Komitəsi məlumat verib.

Qurumun açıqlamasına görə, 2025-ci ildə Türkiyə vətəndaşları Ermənistanda cəmi dörd daşınmaz əmlak əməliyyatı həyata keçiriblər.

Kadastr Komitəsindən bildirilib ki, ölkədə Azərbaycan vətəndaşlarının mülkiyyətində olan hər hansı daşınmaz əmlak qeydə alınmayıb. Həmçinin 2026-cı ilin yanvar-aprel aylarında Türkiyə vətəndaşları tərəfindən Ermənistanda heç bir daşınmaz əmlak alqı-satqısı həyata keçirilməyib.
 

Ümumilikdə, 2025-ci ildə xarici vətəndaşların iştirakı ilə 4 413 daşınmaz əmlak əməliyyatı qeydə alınıb. Xaricilər 2 014 obyekt alıb, 2 524 obyekt isə satıblar.


Ermənistanda daşınmaz əmlak alan xarici vətəndaşlar arasında ilk yeri Rusiya vətəndaşları tutur. Onları ABŞ və İran vətəndaşları izləyir. Bundan başqa, Suriya, Avropa ölkələri və MDB məkanından olan şəxslər də Ermənistanda əmlak əldə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin