"Real" "Çelsi"nin müdafiəçisi Mark Kukurelyanın transferini elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında 6 illik müqavilə imzalanacağı vurğulanıb.
Daha əvvəl mətbuatda "Real"ın İspaniya millisinin üzvü üçün 55 milyon avro ödəyəcəyi bildirilirdi. "Çelsi" Markın Madrid klubundakı uğurlarına görə daha 5 milyon avro bonus ala bilər.
Ötən mövsüm Kukurella bütün yarışlarda 50 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
Bizim.Media






































































































