Türkiyənin Osmaniyə vilayətinin Düziçi rayonunda təsərrüfatla məşğul olan fermer Əbdürrəhman Keləş 7 il əvvəl əkdiyi "Orange Ruby" sortlu ərik ağaclarının hər birindən 250-300 kiloqram məhsul əldə etdiyini açıqlayıb.
Bizim.Media İHA-ya istinadla xəbər verir ki, Əksər meyvə ağaclarından fərqli olaraq, bu tinglər əkildikdən cəmi bir il sonra bar verməyə başlayıb və son 6 ildir kəsilmədən hər mövsüm müntəzəm məhsul götürülüb.
Hazırda 7 yaşına çatan ağacların tam məhsuldarlıq dövrünə qədəm qoyduğunu deyən fermer, builki bol yağıntıların da bağa müsbət təsir etdiyini və məhsuldarılğın əla səviyyədə olduğunu qeyd edib.
"Orange Ruby" əriyinin həm topdan, həm də pərakəndə satış bazarının çox aktiv olduğunu vurğulayan Keləş, xarici alıcıların və ixracatçı şirkətlərin məhsulu hələ bağdaykən birbaşa yerindəcə satın almaq istədiklərini bildirib.
Tezyetişən xüsusiyyəti ilə seçilən və yüksək gəlir potensialı olan bu ərik növü qısa müddətdə regionun digər təsərrüfatlarında da sürətlə yayılmağa başlayıb.
Rayondakı digər istehsalçılar da artıq geniş sahələrdə bu növün əkininə üstünlük verirlər.



Bizim.Media






































































































