İsrail sülh sazişini pozmaq üçün HƏRƏKƏTƏ KEÇDİ – Livan şəhərləri belə bombalanır – VİDEO

Hazırda oxunan: İsrail sülh sazişini pozmaq üçün HƏRƏKƏTƏ KEÇDİ – Livan şəhərləri belə bombalanır – VİDEO

619425

Livanın cənubunda vəziyyət yenidən gərginləşib.

Bizim.Media xəbər verir ki, Livan mənbələrinin məlumatına görə, İsrail ordusu (SAXAL) ölkənin cənub bölgələrinə hava və artilleriya zərbələrini davam etdirir.

Məlumata əsasən, Zoutar, Markaba və Əl-Xiyam yaşayış məntəqələri İsrailin hücumlarına məruz qalıb. Nəbatiyyə bölgəsində isə SAXAL bölmələrinin Təbnit, Hadata və Rşaf ərazilərində partlayışlar həyata keçirdiyi bildirilir.

Bundan əlavə, İsrail artilleriyasının evlərinə qayıdan sakinlərin avtomobillərini atəşə tutduğu barədə məlumatlar yayılıb.

Hadisələrlə bağlı İsrail tərəfi hələlik rəsmi açıqlama verməyib. Regionda vəziyyət gərgin olaraq qalır.
 

Qeyd edək ki, sözügedən hücumlar ABŞ-İran razılaşmasının əldə olunması fonunda reallaşıb. Hansı ki, dünən ABŞ Prezidenti Donald Tramp İsrail hərbi aviasiyasının Livanın paytaxtı Beyruta endirdiyi hava zərbələrinə münasibət bildirərək, bu addımı kəskin şəkildə tənqid edib. Ağ Ev rəhbəri bu hücumun ABŞ ilə İran arasında çox mühüm razılaşmanın əldə olunma ərəfəsində baş verməsini yolverilməz adlandırıb.


İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi isə Anlaşma Memorandumunun imzalanması üçün Livan da daxil olmaqla bütün cəbhələrdə dərhal atəşkəs elan olunmasının vacib olduğunu bildirib.

Bütün bunlara baxmayaraq, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir açıqlama verərək, ABŞ-ın İranla razılaşmasının ölkəsi üçün məcburi olmadığını vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin