Xəbər verdiyimiz kimi, Ermənistanın ikinci prezidenti Robert Köçəryan dünən Zvartnots Beynəlxalq Hava Limanında saxlanılıb.
Bizim.Media xəbər verir ki, onun ölkədən çıxışına qadağa qoyulub.
Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyanın açıqlamasına görə, sözügedən qərarın hansı səbəbdən verildiyi açıqlanmayıb.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl videomüraciətində müxalifətin üç əsas simasının – Robert Köçəryan, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan və iş adamı Qaqik Tsarukyan – cəzalandırılacağını bəyan etmişdi.
Bundan əlavə, sabiq prezidentin hava limanında saxlanılma anının görüntüləri yayılıb.
Həmin kadrları təqdim edirik:
Bizim.Media






































































































