Bakıda narkokuryer belə saxlanıldı – VİDEO

Hazırda oxunan: Bakıda narkokuryer belə saxlanıldı – VİDEO

619433

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, paytaxt ərazisində narkokuryerlikdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı Samir Mirzəyev saxlanılıb.
 

Onun istifadə etdiyi avtomobildən ümumilikdə 5 kiloqram marixuana, 4 kiloqramdan artıq tiryək, eləcə də həşiş və heroin aşkarlanaraq götürülüb. Bundan əlavə, 1112 ədəd psixotrop tərkibli metadon həbi də müsadirə edilib.


Məlumata əsasən, saxlanılan şəxs narkotikləri paytaxtda qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin