Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Zirvə toplantısında çıxışı zamanı deyib. “İslam dünyası ölkələrinin parçalanması təşəbbüslərinə qarşı, beynəlxalq hüquq normalarına uyğun olaraq bütün müsəlman ölkələrinin ərazi bütövlüyünün qorunması məsələsində ortaq mübarizə aparmalıyıq. Başda Fələstin olmaqla işağl altında olan bütün islam torpaqlarının azad edilməsi məsələsində birgə fəaliyyət göstərməliyik. xa0Dünyada müsəlman toplumlarının yaşadığı, zamanla bu və ya digər şəkildə islam kimliyinin silinməyə çalışıldığı torpaqların işğaldan azad edilməsi üçün ortaq mövqe nümayiş etdirməliyik”x9d. Davudoğlu çıxışı zamanı diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldib: “Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin işğaldan azad edilməsində vahid mövqedən çıxış etməli, problemin həllində Azərbaycana dəstək verməliyik”x9d. (AzVision.az)

- A-
- A
- A+
Dünya
16:56 / 14.04.2016
Davudoğlu müsəlmanlara səsləndi: "Qarabağı azad etməliyik"
Hazırda oxunan: Davudoğlu müsəlmanlara səsləndi: "Qarabağı azad etməliyik"
Hazırda oxunan: Davudoğlu müsəlmanlara səsləndi: "Qarabağı azad etməliyik"
131969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































