Bakıda bu taksilər qiyməti ARTIRDI

Hazırda oxunan: Bakıda bu taksilər qiyməti ARTIRDI

623306

Bakıda taksilərin qiymətində dəyişiklik olub. Bakıətrafı qəsəbələrə işləyən taksilər bir neçə gündür ki, gediş haqqını 50 qəpik artırıb.

Bizim.Media “metbuat.az”a istinadən xəbər verir ki, metronun "Koroğlu" stansiyasının ərazisindən Bakı kəndlərinə və ətraf qəsəbələrə taksilər işləyir.

Sakinlərin "manatlıq" adlandırdıqları bu avtomobillər hər gün Yeni Ramana, Suraxanı, Binə, Mərdəkan, Şüvəlan, Qala, Zabrat və Pirsağı istiqamətində minlərlə sərnişin daşıyırlar.

Adambaşı ödəniş 8-9 il əvvəl 1 manat, 2023-cü ildən sonra isə 1 manat 50 qəpik olub. Son günlər Yeni Ramana, "Sosial binalar", Binə, Zabrat və Pirşağı istiqamətində fəaliyyət göstərən taksilər müştərinin birini mənzil başına 2 manatdan aparırlar. Gecə saat 11-dən sonra və yağışlı günlərdə qiymət 3 manata qədər yüksəlir.

Taksi sürücüləri qiymət dəyişikliyini "Koroğlu" ərazisindəki dayanacaqda xidmət haqqının artması və tez-tez cərimələnmələri ilə əlaqələndiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin