Parisdə həyəcanlı anlar - İŞİD-çi məktəbə hücum etdi

Hazırda oxunan: Parisdə həyəcanlı anlar - İŞİD-çi məktəbə hücum etdi

111372
13 noyabr terrorundan sonra bu gün Parisdə növbəti dəfə gərgin anlar yaşanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD üzvü Paris məktəblərinin birinə bıçaqla hücum edib.

Məktəbdəki siniflərdən birinə daxil olan terrorçu əlindəki bıçaqla müəllimə bir neçə zərbə endirib.
«Europe 1» radiostansiyası Paris Prokurorluğuna istinadən məlumat yayıb ki, əynində papaqlı gödəkçə, əllərində əlcək olan terrorçu hücum zamanı İŞİD-lə bağlı şüarlar səsləndirib və bu hücumun xəbərdarlıq olduğunu bildirib.

Paris Antiterror İdarəsi cinayətkarın tapılması üçün xüsusi əməliyyat başladıb, axtarışlar davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin