Nəvənin imtahan balı mübahisəyə səbəb oldu – Qayınata gəlinə xəsarət yetirdi

Hazırda oxunan: Nəvənin imtahan balı mübahisəyə səbəb oldu – Qayınata gəlinə xəsarət yetirdi

621690

Bakıda qayınata ilə gəlini arasında baş verən mübahisə xəsarətlə nəticələnib.

Bizim.Media Milli.Az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

İddialara əsasən, 65 yaşlı kişi 9-cu sinif buraxılış imtahanında 130 bal toplayan nəvəsinə irad bildirib.
 

Bu zaman gəlini ilə aralarında mübahisə yaranıb. Əsəbiləşən qayınata əlindəki stəkanı qadına atıb və o, üz nahiyəsindən xəsarət alıb.


Hadisə ilə bağlı cinayət işi açılsa da, tərəflər barışdığı və zərərçəkənin şikayətçi olmadığı üçün məhkəmə cinayət təqibinə xitam verərək təqsirləndirilən şəxsi məsuliyyətdən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin