Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Hazırda oxunan: Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

621748

Gürcüstan parlamentinin plenar iclasında deputatlar arasında əlbəyaxa dava düşüb.

Bizim.Media xəbər verir ki, Gürcüstan qanunverici orqanının yaz sessiyasının son iclasında Baş nazir İrakli Kobaxidzenin hökumətin illik fəaliyyəti barədə hesabatı dinlənilərkən vəziyyət gərginləşib.

İclas zamanı müxalifətdəki "Qaxariya – Gürcüstan naminə" partiyasının deputatı Georgi Şaraşidze çıxış edərək hakim "Gürcü Arzusu" partiyasını kəskin tənqid edib. İqtidar nümayəndələri yerlərindən etiraz səsləri ucaldaraq deputatın nitqini yarımçıq kəsməyə çalışıblar.

Şaraşidzenin "Vicdansız və tərbiyəsiz adamları öz aranızda axtarın..." sözlərindən dərhal sonra zalda vəziyyət nəzarətdən çıxıb.

Keçmiş Baş nazir Georgi Qaxariyanın partiyasından olan deputatlarla hakim "Gürcü Arzusu"nun üzvləri arasında yaranan şifahi mübahisə qısa müddətdə fiziki qarşıdurmaya və yumruq davasına çevrilib. Yaranan kütləvi insident səbəbindən parlamentin iclası dayandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin