Bu üç bürcü sürprizlər gözləyir

Hazırda oxunan: Bu üç bürcü sürprizlər gözləyir

621780

Astroloqlar yaxın günlərdə Oxatan, Buğa və Balıqlar bürcü altında doğulanları maraqlı dəyişikliklərin gözlədiyini bildirirlər.

Bizim.Media “metbuat.az”a istinadən xəbər verir ki, hazırda Ayın Oxatan bürcündə hərəkəti bu bürcün nümayəndələrinə yüksək enerji və yeni başlanğıclar vəd edir.

Mütəxəssislərin fikrincə, son vaxtlar yaşanan qərarsızlıq aradan qalxacaq, qəfil səyahət və ya gözlənilməz təklif həyat planlarını dəyişə bilər.

Bu günlərdə intuisiya güclü olacağı üçün daxili hisslərə güvənmək tövsiyə edilir.

Buğa bürcü üçün isə maliyyə və şəxsi həyatla bağlı müsbət yeniliklər ön plana çıxır. Veneranın dəstəyi və Uranın təsiri sayəsində uzun müddətdir gözlənilən bir xəbər, maddi rahatlıq və ya köhnə problemin həlli mümkün görünür. Astroloqlar köhnə vərdişlərdən uzaqlaşaraq yeniliklərə açıq olmağı məsləhət görürlər.

Balıqlar bürcünü isə yaradıcılıq və şəxsi inkişaf baxımından uğurlu dövr gözləyir. Bildirilir ki, bu günlər xəyalları real layihələrə çevirmək, yeni məqsədlər müəyyənləşdirmək və münasibətlərdə daha dərin bağlar qurmaq üçün əlverişlidir. Kiçik, lakin ardıcıl addımların gələcəkdə böyük uğurlara səbəb olacağı vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin