Oman Avropa ölkələrinə xəbərdarlığında Hörmüz boğazından keçid zamanı ödənişin tələb oluna biləcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Oman Hörmüz boğazı ilə bağlı müharibədən əvvəlki status-kvoya qayıtmağı istisna edib. Ərəb dövlətinin rəhbərliyi beynəlxalq dəniz hüququna sadiq olduqlarını təsdiqləsə də, boğazın çirklənmədən təmizlənməsi və gəmilərə naviqasiya yardımı göstərilməsi kimi xidmətlərin pullu ola biləcəyini qeyd edib.
Agentlik vurğulayır ki, mövcud vəziyyət ABŞ, Avropa və sultanlığa qonşu olan dövlətləri ciddi narahat edir.
Məqalədə deyilir:
"Gəmilərdən tutulacaq hər hansı rüsum treyderlərə və yükdaşıyanlara hər il on milyardlarla dollara başa gələ bilər".
Məlumata əsasən, ABŞ, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu cür ödənişlərin tətbiqini qanunsuz hesab edirlər.
Bizim.Media

































































































