Qərbi Afrika dövləti olan Burkina-Faso Fransa ilə diplomatik münasibətləri kəsib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin rabitə naziri Gilbert Uedraoqo dövlət televiziyasının efirində bəyan edib.
Nazirin sözlərinə görə, hakimiyyət bu qərarı Parisin qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əməl etməməsi səbəbindən qəbul edib.
Qeyd edək ki, fevral ayında Rusiya Xarici Kəşfiyyat Xidməti Fransanın yanvar ayında Burkina-Fasoda baş verən dövlət çevrilişinə cəhd hadisəsində əli olduğunu bildirmişdi.
Qurumun iddiasına görə, üsyançıların qarşısına Afrika ölkəsinin prezidenti İbrahim Traoreni zərərsizləşdirmək və hakimiyyətə Fransaya sadiq qüvvələri gətirmək tapşırığı qoyulmuşdu.
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:00 / 27.06.2026
Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ
Hazırda oxunan: Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ
Hazırda oxunan: Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ
621776
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































