Balakəndə şəhidlərin xatirəsi yad edilib - FOTO

Hazırda oxunan: Balakəndə şəhidlərin xatirəsi yad edilib - FOTO

621711

Balakən Rayon Şəhidlər Xiyabanında 1992-ci il ilin bu günü torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş 5 şəhidimiz- Abdullayev Qüdrət Şərəbiddin oğlu, Əlimərdanov Natiq Mollasoltan oğlu, Saramanov Hizbullah Ziyavəddin oğlu, Həsənov Akif Telman oğlu və Bayramov Burhan İsmət oğlunun əziz xatirəsi ehtiramla yad edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, anım tədbirində şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri eləcə də Balakən müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Hacı Muradov iştirak edirdilər.

Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
 

Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində Azərbaycan xalqının qazandığı tarixi Zəfərdən, Antiterror əməliyyatı zamanı Suverenliyimiz bərpa olunmasından, şəhidlərimizin qəhrəmanlıqlarından və fədəkarlıqlarından danışılıb.


Qeyd olunub ki, şəhidlərimiz xalqımızın yaddaşında daim yaşayacaqdır. Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu gənc nəsillər üçün əsl vətənpərvərlik yolu və örnəyidir.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin