Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Hazırda oxunan: Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

621746

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan səfiri Ağalar Atamoğlanovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, görüş zamanı nazir ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Azərbaycan diplomatına təşəkkür edib.

Koşerbayev Qazaxıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsini qeyd edib və qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

"Diplomatik karyeranız ərzində Azərbaycan Respublikasını ləyaqətlə təmsil etmiş və ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr vermişsiniz. Siz Qazaxıstan-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasında birbaşa iştirakçı oldunuz", - deyə o əlavə edib.

Azərbaycan səfiri Ağalar Atamoğlanov öz növbəsində Qazaxıstan tərəfinə missiyası zamanı göstərilən hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib.

Görüşün sonunda Yermek Koşerbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev adından səfirə Qazaxıstan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin və hərtərəfli strateji tərəfdaşlığın inkişafına verdiyi töhfəyə görə II dərəcəli "Dostık" ordenini təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin