Ana südü ilə qidalandırmanın həyatın ilk aylarında uşağın immun sisteminin inkişafına təsir edən vacib amil olduğu hər kəsə məlumdur. Lakin, indiyə qədər südün hansı konkret komponentlərinin bu qoruyucu təsiri təmin etdiyi məlum deyildi.
Bizim.Media xəbər verir ki, Çikaqo Universitetinin yeni bir araşdırması, ana südü ilə qidalanma dövründə analar tərəfindən qədul edilən trans yağ turşusunun (TVA) uşağın immunitetinin inkişafında əsas rol oynaya biləcəyini ortaya qoydu.
Bu, siçanlarda eksperimental olaraq nümayiş etdirildi. Süd verən analar TVA ilə zənginləşdirilmiş pəhrizə keçirildikdən sonra bu maddə südü vasitəsilə balalarına ötürüldü.
Bu siçanlar, xüsusən də adaptiv immunitetdən məsul olan CD4+ T limfositlərinin, immun hüceyrələrinin istehsalında artım göstərdi.
Genetik analiz göstərdi ki, TVA immun hüceyrələrini yenidən proqramlaşdırır və onların viruslar və bakteriyalarla mübarizə qabiliyyətini artırır. Hətta yetkin yaşlarında belə, ana südü ilə qidalandırma zamanı TVA qəbul edən siçanlar qrip və salmonella infeksiyalarından daha tez sağaldı və daha yüksək sağ qalma nisbətləri nümayiş etdirdi.
Lakin bu faydalı təsir yalnız maddənin dölün inkişafı zamanı deyil, doğuşdan sonra ana südü ilə qəbul edilməsi zamanı baş vermişdir.
Tədqiqatçılar həmçinin anaların və körpələrin ana südü və qan nümunələrini təhlil etmiş və süddə TVA səviyyəsinin daha yüksək olmasının körpələrin qanında daha yüksək konsentrasiyalar və daha əlverişli immun reaksiyaları ilə əlaqəli olduğunu müəyyən etmişlər.
Müəlliflər hesab edirlər ki, bu tapıntılar ana südünün fərdi komponentlərinin rolu və onların hamilə və laktasiya edən qadınların pəhrizinə və ya körpə qidasına əlavə edilməsi ehtimalı ilə bağlı daha çox tədqiqat aparmaq üçün qapı açır.
Surxay Atakişiyev, Bizim.Media































































































