Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Hazırda oxunan: Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

621784

Konqo Demokratik Respublikasında laboratoriya şəraitində təsdiqlənmiş Ebola qızdırmasına yoluxma hallarının sayı 1203-ə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə respublikanın Rabitə və KİV İşləri üzrə Nazirliyi məlumat yayıb.

Nazirlikdən əlavə ediblər ki, infeksiya nəticəsində həyatını itirənlərin sayı 321 nəfər təşkil edir. Ölüm göstəricisi isə 26,6%-ə yüksəlib.

Konqonun şərqində Ebola epidemiyası mayın 15-də qeydə alınıb. Ən mürəkkəb vəziyyət ölkənin İturi əyalətində, eləcə də Şimali və Cənubi Kivu bölgələrində müşahidə olunur.

Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin rəhbəri Jan Kaseyanın sözlərinə görə, Uqanda və Konqoda Ebola epidemiyasına qarşı effektiv mübarizə aparmaq üçün 1,4 milyard dollar vəsait tələb olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin