Şahdağda hindistanlı milyonçu övladına toy edir — 3 gün davam edəcək - VİDEO

Hazırda oxunan: Şahdağda hindistanlı milyonçu övladına toy edir — 3 gün davam edəcək - VİDEO

621693

Hindistanlı milyonçu ailəsi övladlarının dəbdəbəli toy məclisi üçün Azərbaycanı seçib. Pritika və Gautam adlı gənclərin toy mərasimi Şahdağdakı məşhur otellərin birində təşkil olunub.

Bizim.Media xəbər verir ki, toyun yüksək səviyyədə keçirilməsi üçün həmin otel tamamilə digər müştərilərin üzünə bağlanıb.

Üç gün, üç gecə davam edəcək toy məclisi üçün Hindistandan Bakıya xüsusi reyslə çox sayda qonaq gəlib.

Maraqlıdır ki, bəy və gəlin yaxınları ilə birlikdə toy şənliyinə hələ təyyarədə, havada olarkən rəqs edərək başlayıblar.

Hind filmlərini xatırladan toy məclisində maraqlı anlar yaşanıb. Məclisdə hindlilərin milli rəqsləri ilə yanaşı, Azərbaycanın milli rəqsləri də nümayiş etdirilib. Şahdağdakı möhtəşəm məclisin ilk görüntülərini fotoqraf Məhəmməd İsmayılov paylaşıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin