Qusarçayda sahil torpaqları TƏHLÜKƏDƏ – Texnikalar fasiləsiz işləyir - FOTO

Hazırda oxunan: Qusarçayda sahil torpaqları TƏHLÜKƏDƏ – Texnikalar fasiləsiz işləyir - FOTO

621699

Qusarçay çayında son günlərdə sel sularının artması nəticəsində sahil torpaqlarının yuyulması müşahidə olunur. Artıq bir neçə gündür ki, çayda ağır texnikalar işləyir, məcra tənzimlənməsi işləri görülür.

Bununla belə, havaların isti keçməsinə görə dağlarda qarın sürətlə əriməsi və dağlıq ərazidə mütəmadi olaraq yağış yağması Qusarçayda gecə saatlarında sel suların artması səbəbindən texnikaların gördüyü işin əhəmiyyəti itir, sel suların istiqaməti yenidən dəyişir və sahil torpaqları aparır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov əlaqədar qurumların rəhbərləri və mütəxəssislərlə birlikdə çayın ərazisində gedən proseslərə baxış keçirib və ayın 26-da aidiyyəti qurumların mütəxəssisləri və çayın ərazisində fəaliyyət göstərən daş karxanalarının sahibləri ilə birlikdə müzakirələr aparıb və ərazidə həyata keçirilməli tədbirlər müəyyən edilib.
 

Su və Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Məzahir Əzizov və sahibkarlar birgə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barəsində məlumat verərək bildirib ki, artıq onların ağır texnikaları çayda suyun istiqamətinin əsaslı şəkildə dəyişdirilməsi üçün işə başlayıb.


Sahibkarlar bu işin davamlı aparılacaqlarının və növbəti mərhələdə sel sularının dağıtdığı fiksator qurğusunun da bərpa edəcəklərini bildiriblər.

Rayon İcra Hakimiyyətinin Başçısı sahibkarların göstərdiyi dəstəyə görə onlara minnətdarlığını bildirərək, Rayon İcra Hakimiyyəti tərəfindən də onlara lazımi köməkliyin göstərəcəyini qeyd edib.














Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin