Hərbi təlimlərin keçirilmə səbəbi nədir ? - AÇIQLAMA

Hazırda oxunan: Hərbi təlimlərin keçirilmə səbəbi nədir ? - AÇIQLAMA

621757

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bildirib ki, hərbi təlim-toplanışların müddəti daxil olan sifarişdən asılı olaraq müəyyənləşdirilir.

Bizim.Media xəbər verir ki, APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində o qeyd edib ki, təlim-toplanışların keçirilməsi qanunvericiliklə nəzərdə tutulub.

Mürsəl İbrahimovun sözlərinə görə, bu prosesdə Xidmətin əsas vəzifəsi daxil olan sifarişin icrasını təmin etməkdir.

O bildirib ki, sifariş Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təqdim olunur, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə həmin təlimlərdə iştirak edəcək hərbi vəzifəlilərin cəlb edilməsini həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin