Türkiyədə azərbaycanlı qadın həbs olundu

Hazırda oxunan: Türkiyədə azərbaycanlı qadın həbs olundu

621718

Türkiyənin Çanaqqala vilayətində R.Y. adlı yerli sakini evlənmək adı ilə aldadaraq 800 min lirə (təxminən 29200 manat) pulunu almaqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

Bizim.Media Qaynarinfo.az-a istinadla xəbər verir ki, M.H. adlı azərbaycanlı qadın ölkədən qaçmağa cəhd edərkən Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Ərzurum şəhərində ələ keçirilib.

Məlum olub ki, M.H. bir televiziya proqramında evlənmək üçün çıxan R.Y. adlı Türkiyə vətəndaşının 800 min lirə pulunu mənimsəyib.
 

O, R.Y. ilə evlənmək adı ilə həmin vəsaiti ondan alıb və Azərbaycana qaçmaq istəyərkən Çanaqqala Polis əməkdaşları tərəfindən Türkiyə Baş Prokurorluğunun koordinasiyasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.


Ərzurumda tutularaq nəzarətə alınan şübhəli M.H. iyunun 24-də məhkəmə tərəfindən həbs edilib. Hadisə ilə əlaqəsi olduğu və vasitəçilik etdiyi müəyyən edilən digər şübhəli K.T. Çanaqqalanın Lapseki rayonunda tutulub və iyunun 24-də məhkəmə onu da həbs edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin