Bu eynəklər gözə daha çox zərər verir - Həkimlərdən xəbərdarlıq

Hazırda oxunan: Bu eynəklər gözə daha çox zərər verir - Həkimlərdən xəbərdarlıq

621710

Ultrabənövşəyi şüalanma qoruyucusu olmayan keyfiyyətsiz gün eynəkləri göz sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssislərin sözlərinə görə, ultrabənövşəyi (UV) şüalardan qoruyan filtri olmayan gün eynəkləri katarakta, sarı ləkə xəstəliyi, göz əti və tor qişa xəstəliklərinin yaranma riskini artıra bilər.
 

Onlar bildirirlər ki, gün eynəyi yalnız estetik məqsəd daşımır, eyni zamanda gözlər üçün günəş kremi funksiyasını yerinə yetirir. Gözlər uzun müddət birbaşa günəş şüalarına məruz qaldıqda bəzi xəstəliklərin daha erkən inkişaf etməsinə səbəb ola bilər.


Mütəxəssislər qeyd edib ki, UV filtri olmayan tünd rəngli eynəklər göz bəbəyini genişləndirir. Bu zaman gözlər zərərli ultrabənövşəyi şüalara daha çox məruz qalır və nəticədə göz xəstəliklərinin inkişaf riski artır.

Bəs bunun qarşısını almaq üçün nə etməliyik?

Həkimlər gün eynəyi seçərkən mütləq UV400, yəni şüalanmadan 400 nanometrə qədər qorumasına malik lisenziyalı məhsullara üstünlük verilməsini tövsiyə edib.

Mütəxəssis gün eynəyinin təsadüfi seçilməməli olduğunu vurğulayaraq, vətəndaşlara keyfiyyəti təsdiqlənmiş optika mağazalarından alış-veriş etməyi məsləhət görüb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin