Çində təyyarə dünyanın ən hündür binalarından birinə ÇIRPILDI - VİDEO

Hazırda oxunan: Çində təyyarə dünyanın ən hündür binalarından birinə ÇIRPILDI - VİDEO

621738

Çinin paytaxtı Pekinin ən hündür göydələni olan "Çayna-Zun" (China Zun) binasına təyyarə çırpılıb. 

Bizim.Media xəbər verir ki,  bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, kiçik mühərrikli təyyarə Pekinin ən hündür binasına çırpılıb. Nəticədə təyyarənin qalıqları küçələrə tökülüb və bu, insanların təşviş içində qaçışmasına səbəb olub.  Yayılan videolarda qalıqların onlarla mərtəbə hündürlükdən aşağı düşdüyü əks olunub.

Polisin bina yaxınlığındakı əsas yolu bağladığı bildirilib. 

Hadisə şahidinin sözlərinə görə, təyyarə qülləyə yerli vaxtla təxminən saat 18:00-da çırpılıb. Həmçinin başından xəsarət almış bir qadının təcili tibbi yardım maşını ilə aparıldığı bildirilib.  "Çayna-Zun" (CITIC Tower) dünyanın ən hündür binaları siyahısında 10-cu yeri tutan hündür göydələndir. Qüllənin hündürlüyü 528 metr təşkil edir və bina 108 mərtəbədən ibarətdir.

Onun ümumi sahəsi təxminən 300 min kvadratmetrə bərabərdir.

"Çayna-Zun" göydələni çoxfunksiyalı bina olub, daxili məkanına ofis sahələri, dəbdəbəli mənzillər və 300 otaqlı otel daxildir.

 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin