Türkiyə 2030-cu ildə su qıtlığı yaşayacaq?

Hazırda oxunan: Türkiyə 2030-cu ildə su qıtlığı yaşayacaq?

621695

Türkiyənin "taxıl anbarı" kimi tanınan Konya bölgəsində yeraltı suların sürətlə tükənməsi nəticəsində torpaqda iri çökmələr - "sinkhol" adlanan nəhəng çuxurların sayı sürətlə artır.

Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Konya hövzəsində indiyədək 684 belə çuxur qeydə alınıb. Onlardan ən böyüyünün diametri 228, dərinliyi isə 171 metrdir.

Mütəxəssislər bildirirlər ki, problemin əsas səbəbləri uzunmüddətli quraqlıq və kənd təsərrüfatında yeraltı sulardan həddindən artıq istifadə olunmasıdır.

Fermerlər su çatışmazlığı səbəbindən minlərlə qanunsuz artezian quyusu qazaraq yeraltı su ehtiyatlarından istifadə edirlər. Araşdırmasına görə, bölgədəki təxminən 100 min quyunun 66 mini qanunsuzdur.
 

Geoloqlar xəbərdarlıq edirlər ki, yeraltı suların azalması torpağın dayanıqlığını zəiflədir və yeni çökmələrin yaranmasına səbəb olur. Bu isə həm fermerlər, həm də bölgənin ərzaq təhlükəsizliyi üçün ciddi risk yaradır.


BMT-nin proqnozuna görə, mövcud vəziyyət davam edərsə, Türkiyə 2030-cu ilədək su qıtlığı yaşayan ölkələr sırasına daxil ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin