“İlham Əliyev çox fəal şəkildə bu əməkdaşlığı dəstəkləyir”x9d

Hazırda oxunan: “İlham Əliyev çox fəal şəkildə bu əməkdaşlığı dəstəkləyir”x9d

91171


Əliyev soyadı, Əliyevlər nəsli ”“ Dağıstan respublikası üçün yad deyil. Ən ağır müharibə illərində Dağıstana Heydər Əliyevin qaynatası və indiki prezidentin babası Aliz Əliyev rəhbərlik edirdi. Heydər Əliyevə bizim respublikada həmişə heyranlılqa yanaşırdılar, ona doğma adam kimi baxırdılar.

Moderator.az xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Ramazan Abdulatipov “Moskva- Baku”x9d portalına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dağıstanın yalnız mənəvi deyil, eləcə də ənənəvi iqtisadi-ticarət tərəfdaşıdır.

“Deməliyəm ki, Azərbaycan prezidenti İlham Əliyev bu əməkdaşlığı çox fəal şəkildə dəstəkləyir. Mən bu haqda Vladimir Vladimiroviç Putin ilə də danışmışam, o da bizim işimizi, Azərbaycan Respublikası ilə mədəni və iqtisadi əməkdaşlığımızın fəllaşmasını dəstəkləyir.

Bizim respublikada artıq Azərbaycan tərəfinin iştirakı ilə investisiya layihələri həyata keçirilir ”“ məsələn, “Təzə tərəvəzlər”x9d istixana kompleksi tikilir, “Daqfos”x9d ASC-də isə mineral gübrələr, kükürd və azot turşuları istehsal edilir. Birgə həyata keçirmək üçün müzakirə etdiyimiz bir sıra layihələr var”x9d, - Ramazan Abdulatipov deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin