“ANS ənənəsinə sadiq qalaraq tarixi təhrif edən reportaja imza atdı”x9d

Hazırda oxunan: “ANS ənənəsinə sadiq qalaraq tarixi təhrif edən reportaja imza atdı”x9d

70931
"Borçalı" İctimai Birliyinin sədri, AXC iqtidarı dönəmində Xətai Rayon İcra Hakimiyyətinin başçısı olmuş və "Ana harayı" abidəsinin ideya müəllifi olan Zəlimxan Məmmədli yaxın tariximizi təhrif edənləri utanmazlıqda ittiham edib:

"UTANMAZLIQ !!!
ANS-də indi Xocalı Soyqırımına həsr olunmuş "Ana Harayı" abidəsi ilə bağlı reportaja baxdım. Elə təsəvvür yaratdılar ki, sanki abidə 2008 ildə qoyulub və bu ideya və abidənin adı da həmin il müəyyənləşdirilib.
Yalan danışdılar və ANS də ənənəsinə sadiq qalaraq tarixi təhrif edən reportaja imza atdı. Bəyan edirəm ki, "Ana harayı" adı, abidənin ideyası və ilkin eskiz müəllifi bəndənizdir və bu abidə 1993-cü ildə daha emosional formada inşa edilmiş (Elçin adlı heykəltaraş tərəfindən) və onun açılış lentini də həmin ilin 26 fevralında Xətai rayon icra hakimiyyətinin başçısı olaraq Zəlimxan Məmmədli kəsib. Təşəbbüskar isə "Xocalı" Cəmiyyətinin sədri rəhmətlik Bəkir müəllim idi. 
Bu dərəcədə riyakarlıq, şəhid adından da spekulyasiya həyasızlıqdan başqa bir şey deyil. Allah şəhidlərimizin ruhunu şad eləsin. 
I şəkil 1993-cü ildə qoylan abidədir.
II şəkil ilkin abidənin sökülərək yerində, 2008-ci ildə qoyulan abidədir.
III şəkil 1993. 26 fevral. "Ana harayı" abidəsinin açılışı
Yalançı Allahın düşmənidir!"
“ANS ənənəsinə sadiq qalaraq tarixi təhrif edən reportaja imza atdı”x9d “ANS ənənəsinə sadiq qalaraq tarixi təhrif edən reportaja imza atdı”x9d “ANS ənənəsinə sadiq qalaraq tarixi təhrif edən reportaja imza atdı”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin