“Qarabağın necə sürətlə gözəlləşdiyini öz gözlərimizlə gördük”

Hazırda oxunan: “Qarabağın necə sürətlə gözəlləşdiyini öz gözlərimizlə gördük”

613911

WUF13 müxtəlif ölkələrin qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platformadır. Belə mötəbər tədbirin iştirakçısı olmaq böyük şərəfdir. Forum dünya üzrə QHT-lər arasında beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan QHT-lərinin Beynəlxalq Platformasının dəvəti ilə ölkəmizə gələn Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının nümayəndəsi Renyiq Li deyib.

O vurğulayıb ki, Azərbaycan son onilliklər ərzində sürətli inkişaf yolu keçib:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə son 30 ildə Azərbaycan böyük tərəqqi əldə edib”.

R.Linin sözlərinə görə, səfər çərçivəsində nümayəndə heyəti Qarabağa gedərək, orada aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olublar:

“Biz Qarabağın necə sürətlə gözəlləşdiyini öz gözlərimizlə gördük. 30 il əvvəl bu torpaqları tərk etməyə məcbur olmuş insanlar bu gün dövlətin dəstəyi ilə yeni və müasir evlərlə təmin edilirlər”.

Renyiq Li Çin tərəfinin Azərbaycan təşkilatları və QHT Platforması ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu da diqqətə çatdırıb:

“Çin böyük ölkədir və burada bir milyondan çox QHT fəaliyyət göstərir. Azərbaycan təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsində, dostluq münasibətlərinin və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafında maraqlıyıq”.

O, Azərbaycan xalqına firavanlıq arzulayıb:

“Ürəkdən arzu edirəm ki, Azərbaycan daha da inkişaf etsin, dünyanın ən gözəl ölkələrindən birinə çevrilsin, Bakı isə dünyanın ən gözəl şəhərlərindən biri olsun”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin